Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir

Tarix: 19 Aprel 2019 15:48

Bakı. Trend:

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir


RƏYLƏR