Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 14:46
Sankt-Peterburq sakini vaxtını spirtli içki içməklə keçirdiyi üçün bir neçə gün azyaşlı qızının yoxa çıxdığını anlamayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, beş yaşlı qızı yanvarın 3-də dayəsi aparıb və geri qaytarmayıb.
Yanvarın 6-da qızın atası polisə müraciət edərək, qızının yoxa çıxdığını deyib.
Ana polisə qızını 38 yaşlı tanışının apardığını deyib. Onun sözlərinə görə, qadın evdə onlarla birlikdə yaşayıb və qızına baxıb, onu uşaq bağçasına və müxtəlif əyləncə tədbirlərinə aparıb.
Polis uşaq və dayənin axtarışlarına başlayıb.