Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurbanov 575-ci, Bordin 677-ci oldu

Qurbanov 575-ci, Bordin 677-ci oldu

Tarix: 7 Yanvar 2020 16:00

Dünyanın ən güclü məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 1000 məşqçinin yer alıdığı siyahıda Azərbaycanda fəaliyyət göstərən iki mütəxəssis yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov reytinqdə geriləyib. Aktivinə xal yazdıra bilməyən mütəxəssis 1 pillə geriləyərək, 575-ci olub - 1054 xal.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1 pillə irəliləyərək 677-ci olub. Onun aktivində 818 xal var.

Siyahıya yenə "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir - 15917 xal. İkinci pillənin sahibi də dəyişməyib. "Liverpul"un çalışdırıcısı Yurgen Klopp 15309 xal ikinci olub. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo 3-cü pilləni "Mançester Siti"dəki həmkarı Pep Qvardioladan geri alıb. Argentinalı mütəxəssis 12202 xala malikdi.

Milli.Az


Etiketlər:  Qurbanov Bordin oldu


RƏYLƏR