Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

Tarix: 7 Yanvar 2020 21:36

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez Məğribdə 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “France Football” nəşrinin sorğusunda “Ayaks”dan Hakim Ziyexi və Münhenqladbax “Borussiya”sından Rami Bensebainini qabaqlayıb.

Məğrib orta əsrlərdə Şimali Afrika ölkələrinə verilmiş addır. Bura Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş və Tunis daxildir.

Qeyd edək ki, Mahrez bu mövsüm “Mançester Siti” ilə Premyer Liqada 17 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

 


Etiketlər:  Mançester Sitinin futbolçusu ilin yaxşısı seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ