Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirin prosessorları digər istehsalçıların Android smartfonlarına da quraşdırılacaq

Kirin prosessorları digər istehsalçıların Android smartfonlarına da quraşdırılacaq

Tarix: 7 Yanvar 2020 23:56

HiSilicon Kirin prosessorları ilk öncədən yalnız Huawei şirkətinin cihazları üçün istehsal olunurdular. Lakin Huawei şirkəti bu məsələdə öz strategiyasına yenidən nəzər yetirərərək digər Android smartfon istehsalçıları üçün də bu prosessorun təqdim edilməsi qərarına gəlib. Sonxeber.net technote.az-a istinadən bildirir ki, Çindən olan mənbələrin verdikləri mənbələrə əsasən Çində keçirilmiş Elexcon adlı sərgi çərçivəsində Huawei şirkəti Android smartfon istehsalı ilə məşğul olan digər istehsalçı partnyorları üçün 4G modemə sahib prosessor modelini təqdim edib.

Təqdim edilmiş prosessor barəsində hələ məlumat çox azdır. Sadəcə məlum olan odur ki, 4G modemdən əlavə olaraq təqdim edimiş prosessor modeli orta seqmentə şamil olunur. Kənar Android smartfon istehsalçıları üçün sözügedən prosessorun istehsalı ilə Shanghai HiSilicon şirkəti məşğul olacaq. Bu şirkət Huawei tərəfindən keçən ilin aprel ayında yaradılmışdı. Digər Android smartfon istehsalçılarından kimlərin Huawei prosessorundan istifadə edəcəyi hələ məlum deyil.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Kirin prosessorları digər istehsalçıların Android smartfonlarına quraşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ