Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

400 metrdən çox dərinlikdə aşkarlanıb, məhv ola bilər

400 metrdən çox dərinlikdə aşkarlanıb, məhv ola bilər

Tarix: 8 Yanvar 2020 07:28

Dünyada olan 5600 mərcan növünün 200-dən çoxu Aralıq dənizində yerləşir. Sənaye miqyasında balıq ovu, həmçinin iqlim dəyişmələri nəticəsində bu mərcanlar nəsli kəsilmək və ya populyasiyanın azalması təhlükəsi ilə üz-üzədir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dəniz mühitinin və Aralıq dənizi sahilboyu rayonlarının müdafiəsi barədə Barselona konvensiyasının 22 üzvü tərəfindən 2017-ci ildə imzalanan mərcanların qorunması proqramına 4 mərcan növü - sarı mərcan, xoruzpipiyi, şamdan və bambuk növləri daxil edilib. Elə həmin ildə Balear adalarında 400 metrdən çox dərinlikdə məhvolma təhlükəsi ilə qarşılaşan bambuka bənzər mərcan rifi aşkarlanıb. Ekspertlərin dəyərləndirməsinə görə, bu növün populyasiyası yüz il ərzində 80 faiz azalıb.

Aralıq dənizində balıqçılıq üzrə baş komissiya (BMT-nin İspaniya, Fransa və İtaliya da daxil olmaqla 23 ölkədən ibarət qurumu) bu zərif ekosistemin qorunub saxlanması üçün ötən ilin noyabrında normativ baza qəbul etməyə razılıq verib. Lakin təsirli tədbirlər hələ qəbul olunmayıb.

Balear adalarındakı İspaniya okeanoqrafiya institutundan (IEO) olan alim Kovadonqa Orexasın sözlərinə görə, mərcanlar dənizin dibini cənginə alan nəhəng kütləvi balıqçı gəmilərinin torları ilə qarşılaşırlar. Onlar qarşılarına çıxan hər şeyi əlinə keçirir və yüzilliklər ərzində əmələ gələn mərcan koloniyalarını qısa müddətdə məhv edirlər. Mərcanları məhv etmək üçün birbaşa təsir vacib deyil. Zərif mərcan poliplərini zədələyən müxtəlif balıqçı ləvazimatları tərəfindən suyun bulandırılması da buna kifayət edir. İldə cəmi bir neçə millimetr inkişaf etməsi səbəbindən mərcanların bərpası çox mürəkkəbdir. Əhəngdaşı skeleti və ya kütləvi formada (floranın yarpaqlı növü və ya kolluq) olan mərcanların inkişaf sürəti xüsusilə zəifdir. Mərcanlar ağacların funksiyasını yerinə yetirən orqanizmlərdir, onların yaratdıqları məkanda faunanın digər nümayəndələri də yaşaya bilirlər.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  metrdən çox dərinlikdə aşkarlanıb məhv bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ