Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:38
Almaniya kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
"Kansler Angela Merkel və ABŞ Prezidenti Donald Tramp İran və İraq ətrafında gərgin vəziyyəti müzakirə ediblər. Onlar, həmçinin Liviyadakı hazırkı vəziyyət və bu ölkədə münaqişənin həlli üzrə siyasi səylər barədə danışıblar", - Ş.Zaybert qeyd edib.
Bildirilir ki, tərəflər gələcəkdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.