Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan daha bir həyəcanlı xəbər gəldi

İrandan daha bir həyəcanlı xəbər gəldi

Tarix: 8 Yanvar 2020 13:30

Bu gün səhər saatlarında İranda nüvə stansiyasının yerləşdiyi ərazidə zəlzələ baş verib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Buşehr əyalətində, səhər saat 5 radələrində, yerin 10 km. dərinliyində qeydə alınıb.
Yeraltı təkanın gücü ocaqda 5 bala yaxın olub.

Zəlzələnin hiss edilmə gücü isə 4,7 bal olub.

Yeraltı təkanlar əhali tərəfindən təşvişlə qarşılanıb.

Hələlik dağıntı və insan ölümü barədə məlumat verilməyib.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  İrandan daha həyəcanlı xəbər gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ