Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 16:32
Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu il dekabrın 30-a olan vəziyyətə görə, 6,258 milyard dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Bu göstərici bir il ərzində 632 milyon dollar və ya 11,23 faiz artıb.
2019-cu ilin dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 75 milyon dollar (1,2 faiz) artıb.
2019-cu ilin yekunlarına əsasən pul kütləsi 12,152 milyard manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 39,5 faiz çoxdur.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. Tweet