Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 18:50
Dünya şou-biznesində məşhur cütlüklərin sayı çox olsa da, bizdə bu rəqəm barmaqla sayılası qədərdir. Onlardan neçə illərdir şad-xürrəm yaşayanları da var, qısa müddətdə ayrılanları da.
Sonxeber.net axşam.az-a istinadən şou-biznes və mədəniyyət nümayəndələri arasında indiyədək eşq yaşayan, nişanlanan və ailə quran məşhurları təqdim edir.
Xalq artisti Brilliant Dadaşova və Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir. Onlar 1988-ci ildə evləniblər. Cütlüyün Cahad adlı oğlu var.
Xalq artisti Aygün Kazımova illər öncə ürəyini meyxanaçı Namiq Qaraçuxurluya versə də, onların sevgisi 7 il çəkib.
Müğənni Aysel Teymurzadə isə Xalq artisti Murad Adıgözəlovla evlidir. Onların üç övladı var.
Elşad Xose və Oksana Rəsulova 2012-ci ildə ailə qurublar. Bir il sonra boşanan cütlük 2016-cı ildə yenidən barışıb sevgili olsa da, bu məhəbbət polis şöbəsində bitib.
Əməkdar artist Gülzar Qurbanova rejissor Elxan Cəfərovla 27 ildir evlidir.
Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurub. Onların əkiz oğulları var.
Müğənni Elvin Abdullayevin ATV-nin eks-aparıcısı Afət Abdullayeva ilə olan nikahından iki oğlu dünyaya gəlib.
Aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli 7 il öncə evləniblər. Onların bir il sonra Dilavər adlı qızı doğulub.
Müğənni Gülay Zeynallı isə 2010-cu ildə həyatını idmançı Kamil Zeynallı ilə birləşdirib. Hazırda cütlüyün övladı Sahilə üçüncü sinifdə oxuyur.
Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva isə 2019-cu ilin sonlarında nişanlanıblar.
Əməkdar artist Ayşad Məmmədov ikinci dəfə həmkarı İlqarə Tostka ilə ailə qurub.
"Vicdan haqqı" serialında tanış olan Ülviyyə Xəlilbəyli və Murad İsmayıl isə bir müddət sevgi yaşayandan sonra 2018-ci ildə evləniblər.
Müğənni Natavan Həbibi 2017-ci ildə reper Dado (Səid Quliyev) ilə evlənib. Cütlüyün 2019-cu ildə Zeydəli adlı oğlu doğulub.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet