Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu aviaşirkətlərə məxsus təyyarələr artıq İran və İraq üzərindən uçmayacaqlar

Bu aviaşirkətlərə məxsus təyyarələr artıq İran və İraq üzərindən uçmayacaqlar

Tarix: 8 Yanvar 2020 19:18

ABŞ - İran gərginliyindən sonra bu gün İranda baş verən təyyarə qəzası digər hava yolları şirkətlərini bu bölgədə uçmaqdan çəkindirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İranın İraq ərazisində ABŞ hərbi qüvvələrinə raket hücumları etməsi də bu ölkəni aviaşirkətlərin qara siyahısına salıb.

Artıq dünyanın bir çox böyük hava yolları şirkətləri İran və İraq üzərindən uçuşları dayandırıblar.

Fransanın "Air France" şirkətinin sözçüsü bildirib ki, hava hücumları ilə bağlı xəbərlərin ardından ehtiyat tədbiri olaraq İran və İraq hava məkanı üzərindən bütün uçuşları təxirə salmaq qərarı veriblər.

Hollandiyanın KLM şirkətindən bildirilib ki, növbəti xəbərdarlığa qədər İran və İraq hava məkanı üzərindən uçuşlar dayandırılıb. Bütün uçuşlar Cənub-Şərqi Asiya və Yaxın Şərqdəki digər istiqamətlərə alternativ yollarla yerinə yetiriləcək.

Almaniyanın "Lufthansa" şirkəti isə İran və İraq üzərindən uçuşları dayandırmaqla yanaşı, Tehrana gündəlik uçuşunu ləğv etdiyini bildirib. Əlavə olunub ki, şənbə günü İraqın şimalındakı Ərbil şəhərinə də uçuş olmayacaq.

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Airline" və ucuz qiymətə uçuş həyata keçirən "Flydubai" şirkəti də Bağdada uçuşları ləğv edib.

Avstraliyanın "Qantas" şirkəti isə London-Perth (Avstraliya) reyslərinin alternativ bir marşrutla uçacağını açıqlayıb.

Sinqapur və Malayziya Hava Yolları da İran üzərindən olan uçuşları başqa istiqamətə yönləndirəcəklərini bildirib.

"Vietnam Airlines" gözlənilən təhlükənin  qarşısını almaq üçün marşrutlarda müvafiq düzəlişlər edəcəyini açıqlayıb.

Yaponiyanın ANA və JAL aviaşirkətləri, Honk-Konqa məxsus "Cathay Pacific" şirkəti artıq təyyarələrinin İran və İraqın hava məkanları ilə uçmadıqlarını qeyd ediblər.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  aviaşirkətlərə məxsus təyyarələr artıq İran İraq üzərindən uçmayacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ