Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın istirahət zonalarında baş verən qəzalar turizmin inkişafına mənfi təsir göstərir - FOTO

Gürcüstanın istirahət zonalarında baş verən qəzalar turizmin inkişafına mənfi təsir göstərir - FOTO

Tarix: 8 Yanvar 2020 22:06

Son günlər Gürcüstanın dağlıq turizm bölgələrində baş verən qəzalar bu ölkəyə turist axınının zəifləməsinə və turizmin inkişafına mənfi təsir göstərir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın Bakuriani və Qudauri dağ-xizək kurort komplekslərində yanvarın 4-dən başlayan içməli su problemi xeyli sayda turistin geri qayıtmasına səbəb olub. Hökumət yaranmış problemin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər görür. Lakin bu bölgələrdə içməli su problemi hələ də tam həllini tapmayıb.

Qudauridə dağ-xizək mövsümünün də açılışı təxirə salınıb. Buna isə həmin ərazilərdə qarın yağmaması səbəb olub.

Gürcüstanın Dağ Kurortlarının İnkişafı Kompaniyası özünün "Facebook" səhifəsində yazır ki, mövsümün açılışı yanvarın 11-nə nəzərdə tutulmuşdu. Lakin bölgəyə gözlənilən səviyyədə qarın yağmaması səbəbindən açılış təxirə salınıb.

Turistləri narahat edən digər səbəb isə Tsxaltubo müalicə-kurort kompleksində baş vermiş yanğın olub.

Tsxaltubo müalicə-istirahət mərkəzindəki "Drujba" sanator- müalicə korpusunda baş vermiş yanğın nəticəsində iki qadın yanaraq ölüb.

Ekspertlərin sözlərinə görə, son günlər Gürcüstan ərazisində baş verən bu cür xoşagəlməz hadisələr turizmin inkişafına ciddi mənfi təsir göstərir. Ölkəyə turist axını zəifləyir.

Ekspertlə hesab edirlər ki, Gürcüstanın Regional İnkişaf və Struktur naziri Maya Tsktişvilinin Bakuriani və Qudauriyə təcili səfər etməsi problemlərin həllinə öz müsbət təsirini göstərəcək. Lakin, bölgələrin inkişafı üçün daha ciddi tədbirlər görülməlidir.


Etiketlər:  Gürcüstanın istirahət zonalarında baş verən qəzalar turizmin inkişafına mənfi təsir göstərir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ