Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu

Tarix: 9 Yanvar 2020 10:18

Prezident Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin Tehranda qəzaya düşməsi ilə əlaqədar 9 yanvarı matəm günü elan edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.

"8 yanvar 2020-ci il tarixində Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran İslam Respublikasında qəzaya düşməsi nəticəsində baş verən və çoxsaylı insan tələfatına səbəb olan faciə ilə əlaqədar olaraq ölənlərin xatirəsini ehtiram etmək üçün 9 yanvar 2020-ci il Ukraynada matəm günü elan edilsin", - məlumatda vurğulanıb.

Fərmana əsasən, yanvarın 9-da Ukrayna ərazisindəki bütün dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, dövlət müəssisələrinin, idarə və təşkilatların binalarındakı dövlət bayrağı endirilib.

Həmçinin, əyləncə və konsert tədbirləri ləğv edilib, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər etmək barədə də qərar verilib.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus "Boeing-737" tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb.

Bundan sonra Dövlət Aviasiya Xidməti Ukrayna aviaşirkətlərinə həm İran, həm də İraqın hava məkanlarında uçmağı qadağan edib.


Etiketlər:  Ukraynada matəm elan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ