Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə 18 yaşlı qız YOXA ÇIXDI - FOTO

Şəmkirdə 18 yaşlı qız YOXA ÇIXDI - FOTO

Tarix: 9 Yanvar 2020 11:14

Şəmkirdə  itkin düşən şəxs axtarılır.

DİN-dən Sonxeber.net-a verilən məlumata görə, Şəmkir rayon  sakini, 2002-ci  il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (055) 235-76-06  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.


Etiketlər:  Şəmkirdə yaşlı qız YOXA ÇIXDI FOTO


RƏYLƏR