Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 12:44
Bakı. Trend:
8-10 yanvarda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir.
Azərbaycan Turizm Agentliyindən Trend-ə bildirilib ki, beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kv.metr sahəni əhatə edən stendlə təbliğ olunur.
Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.
Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66.8% artım deməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin