Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” gündəlik məişət işlərini asanlaşdırmaq üçün miniatür robot təqdim edib

“Samsung” gündəlik məişət işlərini asanlaşdırmaq üçün miniatür robot təqdim edib

Tarix: 9 Yanvar 2020 15:09

“Samsung” şirkəti “CES 2020” sərgisində yeni nəsil məişət texnikası, çərçivəsiz 8K QLED televizoru və "rəqəmli insan" kimi yenilikləri nümayiş etdirməklə yanaşı, həm də “ağıllı” ev ekosistemini “Ballie” adlı qeyri-adi robotla tamamlayıb. Bu robot ev sahibi olmadıqda mənzilə nəzarət və gündəlik məişət məsələlərini asanlaşdırmaq üçün hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Ballie” miniatür kürə formasında hazırlanıb, korpusa quraşdırılmış təkər hərəkət mexanizmi rolunda çıxış edir. Kamera ilə təchiz edilmiş robot öz sahibini izləyə və səsli sorğulara reaksiya verə bilir. Tamamilə avtonom hərəkət imkanı nəzərdə tutulub.
 
 
Emil Hüseynov





Etiketlər:  Samsung gündəlik məişət işlərini asanlaşdırmaq üçün miniatür robot təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ