Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 07:28
Bakı. Trend:
Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunuABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Ceyms Braydenstayn deyib.
C.Braydenstayn bildirib:"Biz kosmosa yollananda Yerdəki mövcud fikir ayrılıqları aradan qalxır. Mən düşünürəm ki, bu hər iki ölkə üçün qarşılıqlı fəaliyyətin müsbət kanalıdır".
NASA-nın rəhbəri qeyd edib ki, biz qəsdən hərbi əməliyyatların keçirilməsində iştirak etmirik, çünki bütün dünyada əməkdaşlarımızın olmasını istəyirik: "Biz "Apollon" proqramı vaxtlarından Rusiya ilə əməkdaşlıqda maraqlıyıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin