Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 20:26
"Barselona" PSJ-nin hücumçusu Neymarın transferindən əl çəkmir.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, tərəflər arasında yenidən danışıqlara start verilib.
Ötən ilin yayında braziliyalını qaytarmaq üçün çox çalışan, lakin buna nail olmayan kataloniyalılar bu dəfə keçidi reallaşdırmaq niyyətindədi. İspanlar PSJ rəhbərliyinə bununla bağlı müraciət ünvanlayıb. Razılıq əldə olunarsa, "Barsa" Neymarı bu qış heyətinə qatmaq istəyir. Fransızlar buna razılıq verməsələr, o zaman Neymarı mövsümün sonunda 180 milyon avroya transfer etmək mümkün olacaq.
Qeyd edək ki, Neymar özü də "Barselona" ilə danışıq aparır və futbolçu sabiq komandasına qayıtmağa hazırdı.