Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 21:20
Ötən il ərzində Feysbuk istifadəçilərinin Azərbaycan üzrə fəallığı ən çox sentyabr ayında qeydə alınıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Məlumata görə, 2019-cu ilin sentyabr ayında istifadəçi fəallığı 60,6%-ə çatıb.
Sözügedən şəbəkədə ən az istifadəçi fəallığı isə fevral ayında (36,36%) müşahidə olunub.
Ümumilikdə isə 2019-cu ildə Feysbuk platformasının istifadəçi fəallığı kəsin azalma və artma ilə yadda qalıb. Belə ki, ötən ilin yanvar ayında şəbəkə istifadəçilərinin fəallığı 39,28%, fevral ayında 36,36%, mart ayında 39,16%, aprel ayında 40,57%, may ayında 52,13%, iyun ayında 59,11%, iyul ayında 51,6%, avqust ayında 60,36%, sentyabr ayında 60,6%, oktyabr ayında 43,29%, noyabr ayında, 52,32% dekabr ayında isə 38,58% olaraq qeydə alınıb.
Qeyd edək ki, ilin yekunlarına əsasən Feysbuk platformasının ötən il ərzində ortalama fəallıq göstəricisi 47,78% olub.