Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 21:52
Wear ƏS ilə olan ağıllı saat bazarı artıq bir neçə ildir ki, praktiki olaraq inkişaf etmir. Buna səbəb saatın daha məhsuldar, daha vacib və daha avtonom olmasına imkan verəcək yeni cihaz platformalarının olmamasıdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, lakin istehsalçılar yeni modellər istehsal edərək diqqəti cəlb etməyə çalışırlar. Məsələn, Diesel Fadelite hansısa digər ağıllı saatın fonunda itə bilməz. Bu nəticəni o, şəffaf korpus və şəffaf kəmər sayəsində əldə edir. Görüntü, həqiqətən, qeyri-adidir və aydındır ki, heç də hamının xoşuna gəlməyəcək. Amma istehsalçının bu modelinin o qədər də ekstravaqant görünməyən digər üç versiyası da var.
Parametrlərə gəldikdə, burada Diesel saatı heç nə ilə təəccübləndirmir. Onun əsasını SoC Snapdragon 3100 təşkil edir, cəmi 512 MB RAM və 4 GB fləş yaddaşı var. Həmçinin NFC modulu mövcuddur, korpusun diametri isə 43 mm-dir. Dəyəri 280 dollar olan saatı yalnız mart ayından başlayaraq satın almaq olar.