Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naqilsiz qulaqlıq xərçəngə səbəb olur?

Naqilsiz qulaqlıq xərçəngə səbəb olur?

Tarix: 9 Yanvar 2020 22:20

Səliqəli şəkildə qatlayıb cibimizə qoyduqdan sonra "gizli" bir halda korlanan simli qulaqlıqlardan usanmışdıq. Sonra hamımızın xəyalı gerçəkləşdi və Bluetooth qulaqlıqlarının o əsəb pozan naqilləri aradan qaldırdığı məlum oldu. Əvvəlcə böyük ölçüdə olan Bluetooth qulaqlıq tədricən kiçildi və cibimizə yerləşəcək qədər istədiyimiz ölçüyə çatdı.

Milli.Az ted.az-a istinadən bildirir ki, kabelsiz texnologiyalar getdikcə daha çox yayılmağa başlasa da, Bluetooth qulaqlıqların beynimizə çox yaxın işlədiyi üçün insanlar bundan narahatdırlar. Birbaşa beyinə gedən dalğaların xərçəngə səbəb ola biləcəyi və ya beyinin funksiyasına zərər verəcəyi düşünülür. Bu mövzuda bir sıra elmi araşdırmalar da var.

Bluetooth qulaqlıqlarına dair şübhələr olsa da, mütəxəssislər mövzuya elmi olaraq yanaşıblar. Biokimyaçı Jerry Phillips Medium səhifəsində bu mövzuya aid bir məqalə qələmə alıb və elektromaqnit sahələrdə yaşanan fəallığın insan DNT-sinə vurduğu ziyandan danışıb. Qəti şəkildə bildirilməsə də zərərin mümkün olduğu açıqlanıb. Bluetooth qulaqlıqla bağlı narahatlığın səbəbi qulaq kanalına yerləşdirilməsidir və bununla da beyin toxumalarının yüksək radio tezliyi səviyyəsinə məruz qalmasıdır. Radio tezliyində aşkar olunan radiasiya səviyyəsinin insan sağlamlığına və hüceyrə toxumalarına olunan ziyana dair heç bir dəlil yoxdur. 2015-ci ildə 200 alimdən ibarət bir qrup tərəfindən Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatına təqdim olunan bir hesabatda ionlaşmayan elektromaqnit sahələrinin insan sağlamlığına təsirlərindən narahatlıqlarını ifadə ediblər.

EMF - nin (ionlaşmayan maqnit sahəsi) Beynəlxalq Elmi Müraciətlər Direktoru Elizabeth Kelley "Business Insider" adlı Amerika xəbər saytına verdiyi açıqlamada ionlaşmayan elektron sahələrin hər yerdə olduğunu və Bluetooth başda olmaqla bütün mənbələrdən yayılan radiasiya ilə bağlı ciddi narahatlığı olduğunu söyləyib.

Mövzuyla əlaqədar araşdırma aparan Amerika Xərçəng Cəmiyyəti verdiyi açıqlamada cihazlardan yayılan elektromaqnit dalğaların birbaşa insan hüceyrələrinə müdaxilə edib xərçəngə səbəb ola biləcək gücdə olmadığını və bu cür enerjiyə sahib ola bilmədiklərini söyləyib.

Bütün araşdırmaların nəticəsində söyləmək olar ki sübut edilmiş bir təhlükə yoxdur. Ancaq cib telefonları və Bluetooth qulaqlıqlarından istifadədə təhlükə riski var. Bluetooth qulaqlıq əvəzinə klassik, simli qulaqlıqdan istifadə sizinlə cib telefonunuz arasında məsafəni təmin edəcək və heç olmasa musiqi dinləyərkən birbaşa elektromaqnit dalğalarına məruz qalmayacaqsınız.

Diqqət yetirməli olduğunuz bir məqam havada uçan dalğalardan daha çox birbaşa qulağınıza aldığınız yüksək desibelli musiqinin daxili qulağa ziyan vurmasıdır. İstər Bluetooth-lu istərsə də simli qulaqlıqla uzun müddət intensiv musiqi dinləmək ən yaxşı halda tinnitusa, ən pis halda isə uzun müddət sonra karlığa səbəb olacaq. Eşitmə cihazlarından asılı vəziyyətdə qalmaq istəmirsinizsə dinləmə müddətinizi nəzarətdə saxlamaqda fayda var.

Milli.Az


Etiketlər:  Naqilsiz qulaqlıq xərçəngə səbəb olur


RƏYLƏR