Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 04:32
Alman polislərinə bıçaqla hücum edən kişinin bu hərəkəti ona həyatı bahasına başa gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Helzenkirhen şəhərində polis məntəqəsinin lap qarşısında bir polis əməkdaşına hücum etmək istəyən 37 yaşlı miqrant asayiş keşikçiləri tərəfindən güllələnib.
Bu şəxs əvvəlcə əlindəki ağacla polis-patrul maşınına zərbə endirib. Maşından çıxan polislər onun sakitləşdirməyə çalışıb, o isə əməllərini davam etdirib. Naməlum şəxs cibindən bıçaq çıxarıb polisə hücum edəndə atəş açaraq ona zərərsizləşdiriblər.
İstintaq burada iki versiyanı araşdırır: hücum edən şəxs ya ruhi pozuntudan əziyyət çəkir, ya da terror aktı törətmək istəyirmiş.