Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nərminin qatili saxlanıldı? - DİN -dən açıqlama - YENİLƏNİB

Nərminin qatili saxlanıldı? - DİN -dən açıqlama - YENİLƏNİB

Tarix: 10 Yanvar 2020 12:32

 12:31

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

----------
11:43

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Nərminin qatili saxlanıldı DİN dən açıqlama YENİLƏNİB


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ