Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' və ''Atletiko'' matçında düşən davanın yeni görüntüləri (VİDEO)

''Barselona'' və ''Atletiko'' matçında düşən davanın yeni görüntüləri (VİDEO)

Tarix: 10 Yanvar 2020 12:32

Bakı. Trend:

Ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İspaniya Superkuboku uğrunda matçda "Barselona" və "Atletiko" oyunçuları arasında dava düşüb.

Trend-in məlumatına görə, birinci hissənin sonunda "Atletiko"nun hücumçusu Joao Felişlə "Barselona"nın müdafiəçisi Jordi Alba arasında mübahisə düşüb.

Daha sonra J.Feliş Lionel Messi və Luis Suareslə də mübahisə edib.

Davaya "Atletiko"nun digər oyunçuları da qatılıb. Nəticədə hakim Luis Suares və Stefan Saviçə sarı vərəqə göstərib.

Matç 3:2 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Barselona Atletiko matçında düşən davanın yeni görüntüləri VİDEO


RƏYLƏR