Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 15:14
Türkiyədə Dardanel boğazında sərnişin bərəsi 26 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bərədə və balıqçı gəmisində olan sərnişinlər və heyət üzvləri təxliyə edilib.
Hadisənin səbəbləri məlum deyil.
Qeyd edək ki, bu, gün ərzində baş verən ikinci gəmi qəzasıdır. Belə ki, səhər saatlarında Türkiyədə Bosfor boğazında Rusiya bayrağı altında üzən tanker balıqçı gəmisi ilə toqquşub.
Hadisə nəticəsində balıqçı gəmisinin heyət üzvündən 3 nəfəri itkin düşüb, 3 nəfəri isə xilas etmək mümkün olub.