Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 11:45
Bakı. Trend:
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ilk dəfə olaraq “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. Mərasimdə Belarus baş nazirinin müavini İqor Lyaşenko, Sənaye nazirinin müavini Dimitri Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki Fövqaladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib. İlk elektrobusun və taxılyığan kombaynın istehsalına başlanması Azərbaycan sənayesi üçün böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda maşınqayırma sənayesinin uğurla inkişaf etdiyini göstərir.
Bu mühüm hadisə Azərbaycanla Belarus arasında mövcud olan və daima inkişaf edən hərtərəfli qarşılıqlı əməkdaşlığın nəticəsidir. Bu məhsullar Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəli müqavilələr çərçivəsində istehsal olunmuşdur. Müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunan elektrobusun istehsalına başlanması Azərbaycan sənayesində ciddi bir hadisədir. Bu elektrobuslar yaxın gələcəkdə əhaliyə ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcəklər.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun, eləcə də qeyri-neft sənayesinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi və uğura həyata keçirilən siyasətin nəticəsində mümkün olmuşdur.
Əldə olan bu uğurlu nəticəyə görə Gəcə Avtomobil Zavodu İstehsalat Birliyinin kollektivini təbrik edir və yeni-yeni uğurlar arzu edirəm.
Rauf Əliyev
Millət vəkili
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin