Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Avropa İttifaqına miqrant axını əvvəlki illərlə müqayisədə azalıb

Ötən il Avropa İttifaqına miqrant axını əvvəlki illərlə müqayisədə azalıb

Tarix: 10 Yanvar 2020 21:42

Avropa İttifaqının "Frontex" sərhəd nəzarəti xidmətinin məlumatına əsasən, 2019-cu ildə Avropaya əvvəlki illərlə müqayisədə daha az miqrant üz tutub. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, keçən il Yunanıstanın güclü miqrant axını ilə (74 min nəfərlə) üzləşməsinə baxmayaraq, ümumi rəqəm əvvəlki illərdə olduğundan daha azdır.

Ötən il sərhədlərin qeyri-qanuni keçməsi 2018-ci illə müqayisədə 6 faizə, yəni, 139 min nəfərədək azalıb. Bu rəqəm 2015-ci ildəki göstəricidən 7,4 dəfə azdır. 2015-ci ildə 1 milyon 32 min 408 nəfər sərhədləri qeyri-qanuni yollarla keçib.

Miqrantlar əsasən Yunanıstan, Qərbi Balkan və Qərbi Avropa ölkələrinə üz tutublar. Lakin onların bəziləri deportasiya edilib.


Etiketlər:  Ötən Avropa İttifaqına miqrant axını əvvəlki illərlə müqayisədə azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ