Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan kubokuna start verildi

Azərbaycan kubokuna start verildi

Tarix: 11 Yanvar 2020 08:54

Futzal üzrə Azərbaycan kubokunda 2019/2020-ci il mövsümünə start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.

Kubokun ilk matçında öz liqalarının autsayderi olan "Yurd" və "Veqa" komandaları üz-üzə gəlib. Hesabı yeni adı ilə ilk matçını keçirən "Yurd" açıb. Emin Əliyev kubok mövsümündə ilk qolun müəllifi olub. Onun komandası ilk oyunu qalib başa vurub.

Gənc oyunçulardan təşkil olunmuş "Baku Fire-2" "Hövsan"la qarşılaşıb. Bu matçda da 2-ci liqa komandası qazanıb. 

"Zirvə Bakı" isə maraqlı hadisənin səbəbkarı olub. Klubun əsas komandası günün 3-cü oyununda "Altay"a böyük hesabla uduzub. "Zirvə Bakı"nın ikinci komandası isə "Baku Fans"ı məğlub edib.

Günün son matçında "Borçalı" "Çinar Cəbrayıl"ı sınağa çəkib. İlk dəqiqələrdən üstünlüyü ələ alan nominal meydan sahibləri darmadağına seviniblər.

Beləliklə ölkə kubokunun ilk günündə keçirilən 5 oyunun hamısında 2-ci liqa təmsilçiləri qələbə qazanıb.

Azərbaycan kuboku
1/32 final, ilk oyunlar
10 yanvar

"Yurd" MFK - "Veqa" - 6:2
"Hövsan" - "Baku Fire-2" - 5:2
"Altay" - "Zirvə Bakı" - 7:2
"Zirvə Bakı-2" - "Baku Fans" - 4:3
"Borçalı" - "Çinar Cəbrayıl" - 12:1

Qeyd edək ki, ölkə kubokunun növbəti matçı sabah - yanvarın 11-də, digər 10 oyunu isə yanvarın 12-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycan kubokuna start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ