Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 15:50
Formula 1 üzrə 2017-ci il Azərabycan Qran Prisi son 10 ilin ən yaxşı yarışları arasında ilk onluğa daxil olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Formula 1-in rəsmi saytında dərc olunan reytinqdə deyilir.
Reytinqdə həmin mərhələnin ən yaddaqalan anları qeyd olunub.
Həmin yarışda "Ferrari" pilotu Sebastyan Fettel və "Mercedes" pilotu Lyuis Hemiltonun bolidləri toqquşub. Buna görə S.Fettel 10 saniyə cəza alıb.
2017-ci il Azərbaycan Qran Prisində "Red Bull" pilotu Daniel Rikkardo qalib gəlib. Valtteri Bottas ("Mercedes") ikinci, Lens Stroll ("Williams") üçüncü olub.
Formula 1-in son on ilin ən maraqlı yarışları reytinqində ilk üçlükdə isə 2019-cu il Almaniya Qran Prisi, 2011-ci il Kanada Qran Prisi və 2019-cu il Braziliya Qran Prisi qərarlaşıb.