Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəaltı vəzinin ən acımasız xəstəliyi PANKREATİT – Kimlərdə yaranır, ƏLAMƏTLƏR

Mədəaltı vəzinin ən acımasız xəstəliyi PANKREATİT –  Kimlərdə yaranır, ƏLAMƏTLƏR

Tarix: 11 Yanvar 2020 19:09

Mədəaltı vəz insanın qəbul etdiyi qidadan tutmuş yaşadığı stresə kimi hər bir şeyi öz özündən keçirir və bütün orqanizmin açarı olduğu kimi, bir anda darmadığın ola bilir.

Mədəaltı vəz xəstəlikləri gizli başlayıb, ağrı, stress, diabet və xərçəngə kimi təzahür edir.

Sonxeber.net medicina.az-a istinadən pankreatit kimi tanınan mədəaltı vəz iltihabi xəstəliyinin əsas əlamətlərini və daha çox kimlərdə baş verdiyini təqdim edir.

Əlamətlər:

- Mədənin alt, üst hissəsində, düz mərkəzdə təkrarlanan, ara-sıra dinən, qarına yayılan ağrılar. Ağrı çox zaman kürəyə də yayılır.

- Daha çox yeməkdən sonra ağrı başlayır və bir neçə saat davam edir
- Zamanla bu küt ağrı kəskinləşir, dözülməz olur və dayanmır
- Əgər kəskin pankreatitə səbəb öd daşları olursa, yağlı qızardılmış ağır yeməklərdən sonra 1-3-5 saatlıq ağrılar baş verir

- Əgər çox içki içənlərdə alkoqola bağlı pankreatitdirsə, spirtli içki qəbulundan 5-8 saat sonra ağrı başlayır
- Ürəkbulanma, qusma - kəskin və xroniki pankreatitin yol yoldaşıdır. Yeməkdən sonra artır. İnsan qusanda rahatlayır

- Diareya, ishal - mədəaltı vəz normal ferment ifraz etmədiyi üçün yemək həzm olunmur, sovrulmur, çox qidalar bağırsaqda çürüyür, elə olduğu kimi qalır. Nəcis duru, formalaşmamış, yağlı və həzm olunmamış qidalarla dolu olur. Nəcisdən çox kəskin pis qoxu gəlir

- Yüksək hərarət - qrip olmadan hərarət 38- i keçir. Kəskin pankreatitdə isə titrətmə olur.
- Dəri, selikli qişa, gözün içinin saralması- qana çox miqdarda bilirubin keçdiyi üçün baş verir. Əksər insanlarda pankreatit öd xəstəliyi, öd və axarlarının daşı, iltihabı nəticəsində yaranır. Öd yolları tıxanır, öd mayesi qana qarışır.
- Arıqlama, iştahsızlıq, ağız tamının itməsi

- Xəstəlik çox gec aşkar olunduqda mədəaltı vəz ferment hasilatını azaldır. Yemək demək olar, çox az həll olur və bağırsaqda nəcisə qarışır. Orqanizm lazımi mineral və vitaminlər ala bilmədiyi üçün çəki azalır və artıq çəki almaq çətinləşir.

KİMLƏR RİSK ALTINDADIR?

- Siz hər gün, çox miqdar tünd alkoqol qəbul edirsizsə. Əgər siz bir dəfədə 300 ml pivə, 150 ml çaxır və 100 ml araq içirsizsə, pankreatit olma ehtimalı 55%-dir.

- Siqaret çəkmək - 3 dəfə pankreatit riskini artırır

- Artıq çəki, piylənmə varsa - bu diabetdən tutmuş mədəaltı xərçənginə kimi səbəb ola bilər
- Nəsildə, ailədə pankreatiti olan olub
- Şəkərli diabet xəstələri


Etiketlər:  Mədəaltı vəzinin acımasız xəstəliyi PANKREATİT Kimlərdə yaranır ƏLAMƏTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ