Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan bədəninin orta temperaturunun aşağı düşməsi müəyyən edilib

İnsan bədəninin orta temperaturunun aşağı düşməsi müəyyən edilib

Tarix: 12 Yanvar 2020 04:30

Bir çox ölkələrdə insan bədəninin normal hərarəti 37 dərəcə, daha dəqiq desək, 36,2-37,5 dərəcə arasında hesab olunur. Bu standartı almaniyalı həkim Karl Vunderlix hələ 1851-ci ildə müəyyən edib. Lakin müasir məlumatlar göstərir ki, bu rəqəm şişirdilib. Məsələn, Böyük Britaniyada 25 min pasiyent üzərində aparılmış təhlil sübut edir ki, sağlam insanın orta bədən temperaturu 36,6 dərəcəyə bərabərdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Stenford Universitetinin Tibb məktəbindən olan mütəxəssislərin apardıqları yeni tədqiqat göstərir ki, yarım əsr ərzində insanın orta bədən temperaturu, ən azı ABŞ-da həqiqətən aşağı düşüb.

Komanda üç tarixi göstəriciyə dair məlumatları təhlil edib. Birincisi, 1862-1930-cu illərə aid olub, Vətəndaş müharibəsi dövründə əsgər və veteranların, yəni XIX əsrin birinci yarısında doğulan insanların səhhətinin vəziyyətini təsvir edir. İkinciyə 1971-1975-ci illərin, üçüncüyə isə ən müasir - 2007-2017-ci illərin məlumatları daxil edilib.

Ümumilikdə, araşdırmada 677 423 temperatur ölçməsi barədə məlumatlar əhatə olunub. Bunun əsasında tədqiqatçılar bu göstəricinin tarixi dəyişikliyini dəyərləndirmək üçün xətti model yaradıblar. Məlum olub ki, XX əsrin sonlarında doğulan insanların bədən temperaturu XIX əsrin əvvəlində və ya sonunda dünyaya gələn insanlarla müqayisədə nəzərəçarpan dərəcədə aşağıdır. Azalma tədricən baş verib və onilliklər ərzində orta hesabla 0,03 dərəcə təşkil edib.

Tədqiqat müəllifləri bədən temperaturunun tədricən azalmasını metabolizmin sürətindəki dəyişikliklə əlaqələndirirlər. Bu, müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, səhiyyənin yaxşılaşdırılması və yeməyin əlçatan olması xroniki iltihabi xəstəliklərin yayılmasını azaldıb. Bundan başqa, insanlar daha rahat, qızdırılan və havalandırılan mənzillərdə yaşamağa başlayıblar. Ətraf mühitin sabit temperaturu əvvəlki kimi daha bədən temperaturunun sərt requlyasiyasının tələb etmir.

Orta bədən temperaturunun aşağı düşməsinin bizim səhhətimizə necə təsir etməsi məlum deyil. Lakin məhz yüksək temperatur xəstəliktörədən göbələklərə qarşı mübarizə aparmaqdan ötrü insan bədəni üçün bir maneə hesab edilir.


Etiketlər:  İnsan bədəninin orta temperaturunun aşağı düşməsi müəyyən edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ