Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 18:14
İranda güclü yağıntılar və daşqınlar nəticəsində indiyədək 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, Sistan və Bəluçestan və Hörmüzqan vilayətlərinin hər birində 1 nəfər daşqınlarda boğulub, bir nəfər isə Hörmüzqan vilayətində uçqunlar altında qalaraq həlak olub.
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi isə bildirib ki, ötən 5 gün ərzində İranın 26 vilayətində 12 872 nəfərə yardım edilib, 3 132 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Qeyd edək ki, son günlər İranın bir sıra vilayətində güclü qar və yağış yağması nəticəsində bir sıra yollar, mənzillər və infrastrukturlara ciddi şəkildə ziyan dəyib.