Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barcelona-nı çalışdırmaq mənim xəyalımdır'' - Xavi

''Barcelona-nı çalışdırmaq mənim xəyalımdır'' - Xavi

Tarix: 12 Yanvar 2020 18:20

Al Sadd-ın baş məşqçisi Xavi Ernandes "Barselona"nın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə ilk dəfə reaksiya verib.

Sonxeber.net sportinfo-ya istinadən xəbər verir ki, gənc mütəxəssis sabiq komandası ilə danışıq apardığını təsdiqləyib:

"Bunu gizlədə bilmərəm. "Barselona"nı çalışdırmaq mənim xəyalımdır. Hamı bilir ki, qəlbimin dərinliklərində bu komanda var. Amma hazırda əsas diqqətim Al Sadd klubundadır.

Abidal mənim dostumdur. Onunla bir neçə dəfə görüşmüşük. "Barselona"ya, Valverdeyə hörmət etmək lazımdır. Ona görə də aramızda nə danışdığımızı açıqlamayacam. Burada öz işimi görürəm. Kubokda finala çıxmışıq. Al Sadd-ı çalışdırdığım üçün şadam".

Qətər mətbuatı isə Xavinin "Barselona" ilə 2,5 illik müqavilə imzalayacağını yazıb. Təyinat baş tutsa, veteran futbolçu 17 il formasını geyindiyi komandaya 4 il yarımdan sonra məşqçi kimi geri qayıdacaq.

"Barselona" rəhbərliyi İspaniya Superkubokunda Atletico-ya 2:3 hesablı məğlubiyyətdən sonra Valverde ilə yolları ayırmağa hazırlaşır.


Etiketlər:  Barcelona çalışdırmaq mənim xəyalımdır Xavi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ