Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda səhvən vurulan təyyarə ilə bağlı işçi qrupu yaradılıb

İranda səhvən vurulan təyyarə ilə bağlı işçi qrupu yaradılıb

Tarix: 12 Yanvar 2020 23:32

Bakı. Elnur Bağışov - Trend:

8 yanvarda İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında Ukraynaya mәxsus sәrnişin tәyyarәsinin qәzaya uğraması ilә әlaqәdar İran hökümәti işçi qrupu tәşkil edib.

Bu haqda qәrar bu gün (12 yanvar ) Nazirlәr Kabinetinin iclasında verilib. Bu barәdә Trend İran hökümәtinin portalına istinadәn mәlumat verib.

Qәrara әsasәn, qrupun rәhbәri İranın yol vә şәhәrsalma naziri, üzvlәri müdafiә naziri, әdliyyә naziri, xarici işlәr naziri, prezidentin hüquq mәsәlәlәri üzrә müavini, Şәhid vә Fәdakarların mәsәlәlәri üzrә fondun direktoru vә hökümәtin sözçüsüdür.

qәrarda bildirilir ki, bu qrup hadisәnin baş vermә sәbәblәri, әlaqәdar mәsuliyyәtlәrdә nöqsanlar, hәlak olanların ailәlәrinin mәsәlәlәri vә bundan irәli gәlәn bütün mәsәlәlәrini araşdıracaq.

İran hökumәti bildirir ki, baş verәn hadisәnin işıqlandırılmasının gecikdirilmәsi tәәssüflәndirici haldır vә ilk anda rәsmilәrә vә İran xalqının diqqәtinә çatdırılmalı idi.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda səhvən vurulan təyyarə ilə bağlı işçi qrupu yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ