Tarix: 13 Yanvar 2020 15:54
"Astana" baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflərin qarşılıqlı razılıq əsasında yolları ayırdığı bildirilib. Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.
Qeyd edək ki, Qriqorçuk 2018-ci ilin yayında paytaxt təmsiçisinə baş məşqçi təyin olunmuşdu. O, 2014-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.