Tarix: 13 Yanvar 2020 16:54
“Real”ın kapitanı Serxio Ramos zədələnib.
Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ötən gün İspaniya superkubokunun finalında “Atletiko”ya qalib gəldikləri matçda (4:1- penaltilər seriyasında) penalti zərbəsini yerinə yetirərkən zədələnib. Onun zərbəsi oyunda həlledici olsa da, ayaq biləyinin zədələnməsinə səbəb olub. Futbolçunun 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
S.Ramosun La Liqanın 20-ci turunda “Sevilya”, 21-ci turunda isə “Valyadolid”lə matçı buracağı gözlənilir.
Qeyd edək ki, sözügedən oyunlar 18 və 26 yanvar tarixlərində keçiriləcəklər.