Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Portuqaliyalılar Avstraliyadakı yanğın qurbanlarına tonlarla ərzaq və su çatdırıblar

Portuqaliyalılar Avstraliyadakı yanğın qurbanlarına tonlarla ərzaq və su çatdırıblar

Tarix: 13 Yanvar 2020 23:46

Bu gün Portuqaliya qrupu Avstraliyada baş verən meşə yanğınlarından əziyyət çəkən, Sidneydən cənubda yerləşən rayona daha 30 ton ərzaq, su və zəruri əşyaları çatdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstraliyadakı yanğın qurbanlarına humanitar yardım göstərilməsi məqsədilə "Facebook"da yerləşən müraciətə hər gün onlarla portuqaliyalı qoşularaq, mərkəzə ərzaq, su, gigiyena əşyaları və s. gətiriblər.

Bu gün ondan artıq yük maşını Yeni Cənubi Uels ştatının cənub sahillərinə üz tutub.

Portuqaliyalılar bu yardımı "sadəcə həmrəylik jesti" adlandırıblar.

Bu gün yardım karvanı, həmçinin Batemans Bey körfəzi yaxınlığında yerləşən, heyvanların park və regionda saxlanmasına qarşı çıxan zooparka kömək məqsədilə 250 litrdən artıq yanacaq çatdırıb.

Xatırladaq ki, Avstraliyada baş verən meşə yanğınları hələ ötən ilin oktyabrında başlayıb. 26 nəfər, o cümlədən 5 yanğınsöndürən bədbəxt hadisədə həlak olub. Həmçinin 8,5 milyon hektar meşə, 3 min yaşayış evi və 6 min inzibati və təsərrüfat tikililəri məhv olub. Avstraliyalı alimlərin məlumatına görə, yanğınlar nəticəsində 1 milyarddan çox heyvan tələf olub. Avstraliyanın ən iri banklarından biri olan "Westpac"ın hesablamasına görə, ölkədə meşə yanğınlarından sonra iqtisadiyyata dəyən birbaşa ziyan 3,5 milyard dollar təşkil edir.

Milli.Az


Etiketlər:  Portuqaliyalılar Avstraliyadakı yanğın qurbanlarına tonlarla ərzaq su çatdırıblar


RƏYLƏR