Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Kanadanın bütün nümayəndələrinə viza verib

İran Kanadanın bütün nümayəndələrinə viza verib

Tarix: 14 Yanvar 2020 07:06

İran, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqda iştirak edən və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün Kanadalı mütəxəssislərə və diplomatlara viza verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki,  bunu Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampan öz "Twitter" səhifəsində bildirib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Justin Trudo Kanadanın İran vizası alan ilk nümayəndələrinin Tehrana gələcəyini açıqlamışdı.

Ottava bir qədər əvvəl 10 diplomat və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının iki nümayəndəsi daxil olan işçi qrupu yaradıb. Nazirin sözlərinə görə, həmin qrup həlak olanların ailələrinə konsulluq xidmətləri göstərəcək, fəlakət qurbanlarını müəyyənləşdirməkdə və istintaqda iştirak edəcəklər.


Etiketlər:  İran Kanadanın bütün nümayəndələrinə viza verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ