Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zoi Kravitz "Batman"ın çəkilişinə hazırlıqlardan danışdı

Zoi Kravitz

Tarix: 14 Yanvar 2020 07:45

Bakı. Trend:

Amerikalı aktrisa Zoi Kravitz Ellen Dedjeneresin şousunda, Pişik-qadın rolunu oynadığı Met Rivzin "Batman" filminin çəkilişinə necə hazırlaşdığı haqqında danışıb.

Trend-in məlumatına görə, aktrisa deyib: "Hər şey qaydasındadır. Çox həyəcanverici və fiziki cəhətdən çox çətindir. O qədər məşq edirəm ki, evə güclə çata bilirəm".

Zoi Kravitz əlavə edib ki, hazırda Robert Pattinson (Batman) və Kolin Farell (Pinqvin) iştirak edəcəkləri çəkilişlər üçün Londona uçmağı planlaşdırır.

Super qəhrəmanlar filmində həmçinin Jefrey Rayt (Polis Komissarı Jeyms Qordon), Pol Dano (The Riddler), Endi Serkis (Butler Alfred Pennivorf) və başqaları rollar aliblar.

Filmin təqdimatı 2021-ci ilin iyun ayında planlaşdırılır.


Etiketlər:  Zoi Kravitz Batmanın çəkilişinə hazırlıqlardan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ