Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hamı evini tikib, hasarını çəkib, yol üçün məsafə qalmayıb”

“Hamı evini tikib, hasarını çəkib, yol üçün məsafə qalmayıb”

Tarix: 15 Yanvar 2020 12:24

Bakıətrafı qəsəbələrdə 2325 km yol çox bərbad vəziyyətdədir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

Bildirib ki, Hazırda Bakının qəsəbə və kəndləri arasında 301 km yol yenidən təmir olunub və istifadəyə verilib:

"İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi. Sakinlərin müraciət və şikayətləri nəzərə alınaraq yolların yenidənqurulması işi bizim quruma verilib.

Sözügedən ərazilərdə yeni yaşayış massivləri salınıb, ancaq onlara məlumat verilməyib ki, yolların tikintisi necə aparılacaq. İndi hamı evini tikib, hasarını çəkib, yolun çəkilməsi üçün lazım olan 6 metrlik məsafə qalmayıb. Biz yeni yollar çəkirik, ancaq səth sularını axıtmağa yer tapmırıq. İnsanlar evi tikən zaman şəraitini də düşünməlidir. 2023-cü ilə kimi Bakıətrafı qəsəbə və kəndlərdə bütün yolların yenidən təmir olunması, asfaltmaşma işlərinin yekunlaşması gözlənilir".


Etiketlər:  Hamı evini tikib hasarını çəkib üçün məsafə qalmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ