Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 14:20
Bakı. Trend:
2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula 1 Grand-prix" həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına töhfə verir.
Belə ki, Formula 1 Qran Prisi Azərbaycanın görməli və tarixi yerlərini, istirahət-kurort imkanlarını, mükəmməl mətbəx və gözəl təbiətini təbliğində, ölkənin xidmət sektorunun inkişafına müsbət təsir göstərir. Qeyd edək ki, son 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran Prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaratmışdır. Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə ümumilikdə cəmi 500,8 milyon dollar təşkil etmişdir (Cədvəl 1).
Cədvəl 1. 2016-2019-cu illərdə Azərbaycan Respublikasında keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışının ölkə iqtisadiyyatına təsiri göstəriciləri
İllər |
İqtisadi təsir* |
Media dəyəri** |
Ümumi təsir |
|||
(manatla) |
(ABŞ dolları ilə) |
(manatla) |
(ABŞ dolları ilə) |
(manatla) |
(ABŞ dolları ilə) |
|
2016 |
319 806 188 |
188 121 287 |
43 690 000 |
25 700 000 |
363 496 188 |
213 821 287 |
2017 |
163 053 987 |
95 914 110 |
3 910 000 |
2 300 000 |
166 963 987 |
98 214 110 |
2018 |
171 287 789 |
100 757 523 |
128 010 000 |
75 300 000 |
299 297 789 |
176 057 523 |
2019 |
197 083 808 |
115 931 652 |
328 100 000 |
193 000 000 |
525 183 808 |
308 931 652 |
Cəm |
851 231 772 |
500 724 572 |
503 710 000 |
296 300 000 |
1 354 941 772 |
797 024 572 |
2016-2019-cu illərdə “F1 Grand Prix”i tədbirinin Azərbaycana ümumi təsiri 797 milyon dollar olub.
Formula 1 bir sıra sahələrdə yeni iş yerləri yaratmaqla yanaşı həm illik, həm də mövsümi məşğulluğu artırır, gənclər üçün məhsuldar təcrübə təmin edir. Belə ki, 5 mindən çox qısa və orta müddətli iş yeri yaratmış, 3000 könüllünün cəlbini təmin etmişdir.
Ümumilikdə, yarım əsrdən artıq müddətdə idman təqvimlərində xüsusi yer tutan Formula 1 yarışına ev sahibliyi etmək mühüm hadisədir. Dünyanın 200-dən çox məntəqəsində canlı yayımla Formula 1 azarkeşləri üçün yayımlanaraq, 635 saatdan çox yayım görüntüləri təmin edir. Ev sahibi bir şəhər, böyük idman və əyləncə tədbirlərinin mərkəzləşdiyi bir yer olaraq, qlobal tamaşaçı kütləsi qarşısında müsbət rəy formalaşdıra bilir.
Eyni zamanda, belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması ilə yanaşı, həm də turizm sektorunun inkişafına müsbət yöndə təsir edir. Nəticədə 2019-cu ildə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3,2 milyon nəfər olmuşdur. Onların təkcə bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyərinin 745,7 milyon dollar təşkil edir.
Yer gəlmişkən qeyd edək ki, Formula 1-lə yanaşı müxtəlif beynəlxalq turnirlərin – bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycanı dünya, həm də idman ölkəsi kimi tanıtmışdır. Ölkəmiz beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi gənclərdə bu sahəyə marağı artırmış və nəticədə bir çox idman sahəsinə ölkəmiz uğurlar əldə etmişdir.
Belə ki, 2019-cu ildə keçirilən Dünya və Avropa çempionatları zamanı Azərbaycan idmançıları ümumilikdə 775 medal olmaqla, 271 qızıl, 238 gümüş, 266 bürünc medal qazanmışdırlar. Qeyd olunan beynəlxalq idman turnirində Azərbaycan Ermənistanla müqayisədə 553 çox medal qazanmışdır. Əlavə olaraq, “Minsk 2019” II Avropa Oyunları zamanı Azərbaycan Ermənistanla müqayisədə ümumilikdə 17 daha çox medal qazanmışdır. Güləş üzrə Avropa çempionatı 2019 yarışlarında 4 qızıl, 2 gümüş, 7 bürünc medal olmaqla, Azərbaycan idmançıları bütünlükdə Ermənistan ilə müqayisədə 10 daha çox medala nail olmuşdur. Bədii gimnastika üzrə Dünya çempionatı üzrə isə Azərbaycan 8-ci yerdə qərarlaşsa da, Ermənistan hər hansı bir nəticə əldə etməmişdir.
Nərmin Kazımlı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin