Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Wall Street Journal'' “Human Rights Watch” təşkilatının Yaxın Şərq üzrə direktorunun erməniyönümlü fəaliyyətini ifşa edib

''Wall Street Journal'' “Human Rights Watch” təşkilatının Yaxın Şərq üzrə direktorunun erməniyönümlü fəaliyyətini ifşa edib

Tarix: 15 Yanvar 2020 14:54

"Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitson Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda qanunsuz tikintinin aparılmasını dəstəkləyir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Wall Street Journal" nəşrində yer alan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, S.L.Uitsonun tikintisini dəstəklədiyi qəsəbələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşir:

"Ermənistan rəhbərliyi sakinlərin bu regiona köçürülməsini təşviq edib. BMT, beynəlxalq məhkəmələr və ABŞ Dağlıq Qarabağı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi kimi hesab edir".

Bildirilir ki, erməni ailəsində böyümüş S.L.Uitson 2018-ci ildə işğal olunmuş ərazilərdə tikinti işlərini dəstəkləyən və Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" kimi qəbul edən Amerika Erməni Milli Komitəsi üçün vəsait toplanması üzrə tədbirlərin təşkilatçısı kimi çıxış edib.

S.L.Uitson özü isə bildirib ki, onun erməni diaspor təşkilatlarını şəxsən dəstəkləməsi Ermənistanda "xeyriyyə və maarifləndirmə" fəaliyyəti və "qondarma "erməni soyqırımı"nın tanınması üçün təbliğat" səyləri ilə bağlıdır.


Etiketlər:  Wall Street Journal Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktorunun erməniyönümlü fəaliyyətini ifşa edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ