Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 18:36
Rusiyanın Tver vilayətində azərbaycanlı kişi rusiyalı qadınla saxta nikah bağlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı 2016-cı ildən Rusiya vətəndaşı ilə nikaha girib.
Rusiya vətandaşlığını almaq istəyən şəxs onunla nikaha girməsi üçün qadına 10 000 rubl (276 AZN) ödəyib.
Cütlüyün bir yerdə yaşamadığı, ortaq büdcələrinin olmadığı məlum olub.
"Bu şəxsin nikah bağlamaqda məqsədi Rusiyada müvəqqəti yaşayış icazəsi, sonra isə vətəndaşlıq almaq məqsədi daşıyıb", - bölgə prokurorluğundan bildirilib.
Qeyd edilir ki, hazırda azərbaycanlının 2023-cü ilə qədər qüvvədə olan yaşayış icazəsi var.
Prokurorluq nikahın etibarsız elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə prokurorun tələbini təmin edib.