Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Melburnda nəfəs almaq çətinləşir

Melburnda nəfəs almaq çətinləşir

Tarix: 15 Yanvar 2020 22:36

Avstraliyada geniş miqyas almış meşə yanğınları ilə əlaqədar tüstü üzündən Melburnda havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb. Hələ payızda başlanmış meşə yanğınları yerli sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, xüsusi zərurət olmadığı halda sakinlərin evdən çıxmaması və pəncərələri açmaması tövsiyə edilib. Mütəxəssislərin fikrincə, gecə vaxtı xüsusilə təhlükəli vəziyyət yaranır.

Havanın hədsiz çirklənməsi üzündən, Tennis üzrə Avstraliya Açıq Çempionatının təşkilatçıları seçmə matçların keçirilməsini ləğv ediblər. Birinci "Böyük dəbilqə" turnirinin keçirilməsi də sual altındadır. Bu fakt azarkeşlərin əhvalını korlayıb.

Kenquru adası da yanğından ciddi zərər çəkib. Beynəlxalq heyvanları mühafizə cəmiyyətinin Avstraliyadan olan könüllülər dəstəsi bu adaya yola düşüb. Onlar yerli faunanın salamat qalmış nümayəndələrini xilas etməyə çalışırlar. Müxtəlif hesablamalara görə, son aylarda yanğınlar səbəbindən bu ölkədə 500 milyondan 1 milyarda qədər heyvan tələf olub.


Etiketlər:  Melburnda nəfəs almaq çətinləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ