Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb

Tarix: 16 May 2019 11:03

Bakı. Xeyrəddin Həsənzadə - Trend:

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.

M.Piriyev qeyd edib: “Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 mln. manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib”.


Etiketlər:  Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 4306 mln manat ayırıb


RƏYLƏR