Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:20
Bakı. Eldar Canaşvili - Trend:
Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2019-cu ildə dövlət sektorunda əmək müqavilələrinin qeydiyyatının artımı 6,6 faiz təşkil edib.
M.Cabbarov qeyd edib ki, özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı 18,3 faiz təşkil edib ki, bu da dövlət sektorundan 3 dəfə çoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin