Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 18:44
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriqes ən yaxşı seçilib. O, səsvermədə Filip Kostiç (“Ayntraxt”), Petr Şevçik (“Slaviya”) və Toni Lato (“Valensiya”) qabaqlayıb.
Qeyd edək ki, Pedro "Slaviya" ilə matçda (4:3) dubla imza atıb.