Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 13:12
Bakı. Ceyhun Ələkbərov - Trend:
Mayın 16-da "Buta Airways" loukost aviaşirkəti Bakı-Odessa marşrutu üzrə ilk uçuşunu həyata keçirib.
Trend-in məlumatına görə, Odessa hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Hava Yollarının Ukraynadakı nümayəndəsi Yaşar Əmirov qeyd edib ki, yeni açılan aviareysə sərnişin tələbatının çox olacağı proqnozlaşdırılır:
“Hər iki şəhərdən kifayət qədər iş adamları bu reysdən istifadə edəcək və ölkələrin iqtisadiyyatına investisiya qoyulacaq. Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa “Buta Airways”in Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir”.
Y.Əmirovun sözlərinə görə, aviareys gələcəkdə Ukraynanın başqa istiqamətlərinə də aviareyslərin açılması üçün çalışacaq.
Odessa vilayətinin Mədəniyyət və Turizm Departamentinin direktoru Tatyana Makrova, Beynəlxalq Odessa Aeroportunun marketinq və kommersiya direktoru Vyaçeslav Çeqlatonev və Odessa vilayətinin Dövlət Administrasiyasının turizm nümayəndəsi Aleksandr Şeka qeyd ediblər ki, Bakı-Odessa-Bakı aviareysi hər iki ölkənin dostluq əlaqələrini möhkəmləndirəcək, iqtisadi və mədəni inkişafa təkan verəcək.
Qeyd edək ki, bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kiloqramdək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin