Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 17:38
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın “Sepsi” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “qartallar”ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub. 28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran “Zirə” 28 top buraxıb.
“Sepsi” ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu “Zirə”nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub. 2017-ci ilin yayında “Kolumbe Sportive” (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib.