Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 16:16
Bakı. Trend:
Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicab geyilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, qanuna əsasən, 11 yaşadək qızların məktəbə hicab geymələri qadağan ediləcək.
Qayda pozulacağı halda şagirdin valideynləri 440 avro məbləğində cərimə olunacaq.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Avstriya Parlamenti uşaq bağçalarında hicab geyilməsini qadağan edən qanunu qəbul etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin